Bu il peşə kurslarını bitirən 5019 şəxs işlə təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşə hazırlığı kurslarına cəlb edilmiş işsiz və işaxtaran şəxslərdən 5019 nəfəri cari il ərzində həmin kursları uğurla bitirdikdən sonra işlə təmin edilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, peşə kurslarını uğurla bitirənlərin ən çox işlə təmin edildiyi sahələr informasiya texnologiyaları, kommersiya, kompüter elmləri, iaşə xidməti və s. olub.