Makrondan Amazon çağırışı: Evimiz yanır

0
436

Fransa prezidenti Emmanuel Makron Amazon meşələrindəki yanğınlarla bağlı narahatçılığını ifadə edib və “Böyük yeddilik” ölkələrini bu problemi qarşıda keçiriləcək sammit zamanı müzakirə etməyə çağırıb.
O bu barədə öz Tvitter mikrobloqunda yazıb.
“Sözün hərfi mənasında bizim evimiz yanır. Amazoniya – planetimizin 20% oksigen istehsal edən ağciyərləri, yanır. Bu beynəlxalq bir böhrandır. G7 üzvləri, bu təcili vəziyyət haqqında danışmaq üçün iki gündən sonra bir araya gələk”, – deyə o bildirib.
Amazon meşələrində güclü yanğınlar artıq 3 həftədir ki, davam edir.