Növbəti hərbi münaqişə kosmosda baş verəcək.
Bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
“Bugünkü müharibə sabah kosmosda başlayacaq. Kosmos artıq döyüş meydanına çevrilib”, – deyə Fransa lideri fikirlərini bölüşüb.
Makron həmçinin Fransanın 2030-cu ilə qədər hərbi kosmos fəaliyyətləri üçün əlavə 4,2 milyard avro maliyyə ayrılacağını açıqlayıb.




