Məktəbəhazırlıq qruplarında tədris prosesinin başlayacağı tarix açıqlanıb

0
186

2022-23-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesi oktyabrın 3-də başlayacaq.

Bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Qeyd edək ki, oktyabrın 1-i və 2-si şənbə və bazara təsadüf etdiyindən məktəbəhazırlıq qruplarında tədris prosesinin başlama tarixi dəyişib.