Məhkəməyə çıxarılan 96 yaşlı kişi hakimə duyğu dolu anlar yaşatdı 

0
443

ABŞ-da məhkəməyə çıxan 96 yaşlı adam və 82 yaşındakı hakim arasındakı dialoq duyğu dolu anlar yaşadıb.
 ABŞ-ın yerli kanallarından birində yayımlanan həqiqi məhkəmələrin göstərildiyi proqramda 82 yaşlı hakimin qarşısına 96 yaşlı bir adam çıxıb.
Avtomobilini məktəblərin yerləşdiyi ərazidə sürətlə idarə etdiyi üçün məhkəməyə çıxarılan yaşlı kişi həftədə 2 dəfə xərçəng xəstəsi 63 yaşlı oğlunu xəstəxanaya apardığını və məcbur qaldıqda avtomobili yüksək sürətlə idarə etdiyini deyib.
Yaşlı adamın danışqdıqlarından təsirlənən hakim “96 yaşın var, hələ də ailənə baxırsan. Bu çox böyük qəhrəmanlıqdır” deyərək adama cəza verməyərək məhkəməni bağladığını bildirib.
Proqramın sosial mediada yayımlanmasından sonra milyonlarla izləyici proqramın onlarda nə qədər güclü duyğuları oyandırdığını ifadə edib.