İstifadəçilərin fikrini analiz edən nəqliyyat şəbəkəsi hazırlandı

0
544
“China Mobile Zhejiang” şirkəti istifadəçilərin fikrini analiz edən “5G Intent-Driven Network” (IDN) nəqliyyat şəbəkəsini kommersiya istifadəsinə verib.
Layihədə Çinin telekommunikasiya nəhəngi “Huawei” iştirak edib. Söhbət dünyanın ən sürətli “5G Intent-driven Network” nəqliyyat şəbəkəsinin qurulmasından gedir. Qoşulma səviyyəsində 10GE/50GE çıxış halqaları “5G” baza stansiyalarında iritutumlu məlumatların ötürülməsi üzrə tələblərə uyğun şəkildə qurulub.
Bundan başqa, “China Mobile” şirkətinin mütəxəssisləri tərəfindən təklif edilən “SPN” (Slicing Packet Network) texnologiyası tətbiq edilib. Şəbəkənin işə salınması “China Mobile Zhejiang” qarşısında “5G” şəbəkələrinin kommersiya istifadəsinə verilməsi üçün böyük imkanlar açır.
“SPN” şəbəkə seqmentləşdirilməsi üçün istifadə olunur, xidmətin göstərilməsi səviyyəsi haqqında sazişlər əsasında intellektual marşrutlaşdırma isə yüksək keyfiyyətli “5G” nəqliyyat şəbəkəsini təmin edir. Bu, xidmətin göstərilməsi səviyyəsinə zəmanət verir və yüksək tələblərə malik sahə üzrə əlavələrin lazımi dəstəyinə şərait yaradır.
Qeyd olunur ki, “5G” şəbəkələri virtual və əlavə reallıq platformaları, 4K/8К təsvir ölçülü videonun ötürülməsi, teletibb və digər keyfiyyətcə yeni servislərin yaranmasına səbəb olacaq.