İqtisadçıdan 2020 proqnozu: Sevindirici qiymət…

0
490

Neftin dünya bazar qiymətləri bu il üçün Azərbaycanın dövlət büdcəsinin gəlirləri baxımından əlverişli oldu. Düzdür, ilin başa çatmasına hələ 3 aydan çox vaxt var. Lakin proseslər göstərir ki, ilin sonunadək də neftin dünya bazar qiymətlərinin səviyyəsi bizim üçün sərfəli həddə qalmaqda davam edəcək.

Bu sözləri iqtisadçı Pərviz Heydərov qeyd edib. O bildirib ki, növbəti ilin dövlət büdcəsi lahiyəsində neftin dünya bazar qiymətlərinin səviyyəsinin 55 ABŞ dolları həddində götürülməsi sevindiricidir:

“O mənada ki, bu qiymət cari ildəkindən 5 dollar aşağıdır. Bu il sözügedən qiymət səviyyəsi 60 dollar götürülmüşdü, dünya bazarlarında faktiki hədd isə demək olar, həmişə bundan yuxarı olmuşdur. Belə ki, ilin birinci yarısında Azərbaycan neftinin dünya bazar qiymətlərinin orta səviyyəsi 65 ABŞ dolları həddində qeydə alınıb. Növbəti il ərzində, yəni 2020-ci ildəsə qiymət heç də bundan aşağı olmayacaq. Odur ki, növbəti ilin büdcə lahiyəsində sözügedən həddin cari ildəkindən bir az da aşağı səviyyədə götürülməsi olduqca müsbət yanaşmadır, mövqedir. Və bu, cari ilin başlanğıcından etibarən həyata keçirilməyə başlanılan genişmiqyaslı sosial paketin icrasının gələn il də uğurla davam etdiriləcəyinə əlavə zəmanət deməkdir”.