İndoneziyalı 130 yaşlı zəvvar Səudiyyə Ərəbistanına həcc ziyarətinə gəlib

0
465

İndoneziyalı 130 yaşlı uzunömürlü Uxi Eydros Samri Səudiyyə Ərəbistanın İki Müqəddəs Məscidin Xadimi, kral Salman ibn Əbdül Əziz Al Saudun qonaqları proqramı çərçivəsində Ciddəyə həcc ziyarətinə gəlib.

Kralın dəvəti ilə gələn Uxi Eydros Samrini Ciddədəki kral Əbdül Əziz adına beynəlxalq hava limanında aeroportun rəhbər şəxsləri qarşılayıblar. 130 yaşlı zəvvar və onun ailə üzvləri ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər, həcc ziyarətinə gələnlərə yüksək diqqət və qayğı göstərildiyini qeyd ediblər.