İbrahimoviç rəqibinin sümüyünü sındırdı – Cəzalana bilər

0
507

Hazırda “Los Anceles Qalaksi” klubunda çıxış edən Zlatan İbrahimoviç cəzalana bilər.

İsveçli hücumçu, “Los Anceles” klubu ilə 3:2 hesabı ilə başa çatan qarşılaşmada rəqib müdafiəçi Məhəmməd Munirin üz sümüyünü sındırıb. Zlatanın top mübarizəsində dirsəyi ilə zədələdiyi Munirin əməliyyat ediləcəyi və artıq bu mövsüm oynaya bilməyəcəyi bildirilir.

Zlatanın bu məsələyə görə bir neçə oyunluq cəza alacağı gözlənilir.

37 yaşlı hücumçu, oyunda het-triklə yadda qalıb.