Hindistan ordusu müsəlmanların aksiyasını dağıtdı: 12 nəfər yaralandı, 500 nəfər həbs olundu

0
448

Hindistan hərbçiləri Kəşmirdə genişmiqyaslı etiraz aksiyasını dağıdıblar.

Məlumatı “Röyter” agentliyi yayıb.

Məlumata görə, etiraz aksiyası cümə namazından dərhal sonra başlayıb. Aksiyalarda ümumilikdə təxminən 10 min nəfər iştirak edib.

Hərbçilər etirazçıların dağıdılması üçün gözyaşardıcı qazdan və səs bombalarından istifadə ediblər. Nəticədə 12 nəfər yaralanıb, 500 nəfər həbs edilib.