Hər halımızın musiqisi var

0
231

Musiqi təbiət və insanın yaranışından başlayıb
Yer kürəsinin təbiət musiqiləri ilə yarandığı gündən bu günə qədər musiqisiz bir anımız yoxdur. İnsanların nə vaxt musiqi yaratdığı bəlli deyil, yer kürəsinin də həmçinin. Bəlli olan dünyamızın musiqi sədaları altında yaranmasıdır.
Göy gurultusu, şəlalələrin səsi, heyvanların, quşların səsi, külək uğultusu, daha sonra insanların səsi bu dünyanın yaranışından xəbər verir. İlk musiqi sədaları təbiətin səsi ilə həmahəng olmuşdur. Daha sonra insanların səsi bu musiqiləri istili-soyuqlu ifalarla cövnəqləndirmişdir.
Bu gün artıq həyatımız 7 notdan milyonlarla musiqi yarantısının ocağına çevrilmişdir. Artıq həyatımızı musiqisiz təsəvvür etmək belə mümkün deyil.
İnsanların hər halının bənzərini yaşadan musiqilər həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir.
Bu musiqiləri yaradanlar, onları ifa edənlər bütün xalqların sevimlisinə çevrilir. Hər halımıza uyğun musiqilərin olması insanların xoş və ağrılı günlərinin bənzərsiz təsəlli və sevincidir.
Eyni musiqi sədalarını xoşlayan insanların bağlılığı da fərəh doğurur.
Musiqi sədalarının şeirlərlə uyğun buluşması qəlbləri riqqətə gətirən, acıların və sevinclərin könül yanğısı ilə təmasını quran, izahı olmayan bir vəhdətdir.
Ağlar günlərimizin ağlar musiqisi, gülər günlərimizin şən musiqiləri həyatımızla vəhdət olması ilə yanaşı qəlblərimizin rifahını qorumaq gücünə malikdir.
Bir çoxları istedadlı musiqiçilərin “vergili” olduğunu düşünürlər. Bu inamda doğruluq da ola bilər.
Musiqi sədalarının əzəmətini də görməmək mümkün deyil. Nə olur olsun musiqisiz həyat keçilməz zindana çevrilmiş olardı. Canımız qəlbimizin gücünə malik deyil.
Həyatınızın keçdiyi yol şən musiqilərlə dolu olsun.
Sənubər