Gürcüstanda qarşıdurma – Cinsi azlıqlarla millətçilər üz-üzə +Video

0
518

Gürcüstanın paytaxtı Tbilisidə cinsi azlıqlarla millətçilər arasında qarşıdurma olub.

Hadisə Gürcüstanın Hökumət Administrasiyasının binası qarşısında baş verib.

Belə ki, LGBT nümayəndələri “Dövlət haradasan?” adlı aksiya keçirmək istəyib. Lakin millətçilər və din xadimləri aksiyanın keçirilməsinə mane olub. Nəticədə tərəflər arasında qarşıdurma baş verib.

Hadisə yerində olan polis tərəflər arasında canlı sədd çəkib. Qarşıdurma nəticəsində 8 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, cinsi azlıqlar hökumət rəsmilərini LGBT nümayəndələrinin 18-23 iyun tarixinə paytaxtda planlaşdırdığı parad ətrafında yaranmış vəziyyətə münasibət bildirməyə çağırıb. Gürcüstan Patriarxlığı isə hökumətdən paradın qarşısını almağı tələb edib.