Deputat bələdiyyələrlə bağlı baş nazirə müraciət etdi

0
441

Təəssüflər olsun ki, bələdiyyələrə 2020-ci ilin büdcəsindən nəzərdə tutulan dotasiyalar hələ də ayrılmayıb.

Bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov deyib.

O bildirib ki, Maliyyə Nazirliyi hazırda dotasiyaların ayrılması üzərində işləyir.

“Bundan sonra sənəd Nazirlər Kabinetinə təqdim ediləcək”, – deyə K.Bayramov əlavə edib.

Millət vəkili Baş nazir Əli Əsədovdan xahiş edib ki, məsələyə dair tez qərar qəbul olunsun.