Dəhşətli qatar qəzası: 50-dən çox insan öldü

0
414

Konqo Demokratik Respublikasının Tanqanyika əyalətində baş verən qatar qəzası nəticəsində 50-dən çox sərnişin həlak olub. Xeyli sayda yaralı var.
Bu barədə ölkənin Humanitar işlər naziri Stiv Mbikayi Tvitter səhifəsində yazıb.
“Hökumət adından ölənlərin ailələrinə başsağlığı verirəm”, – deyə nazir qeyd edib/