Çingiz Abdullayevin yeni kitabı oxuculara təqdim olundu

Azərkitab kitab təbliğatı mərkəzində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin prezidenti, Azərbaycanın xalq yazıçısı ,dünya şöhrətli dedektiv romanların müəllifi Çingiz Abdullayevin yeni çap olunmuş kitabının imza günü keçirilmişdır .

Tədbiri Azərkitab kitab təbliğatı mərkəzinin layihə rəhbəri Sabir Həsənov açaraq qonaqları salamladı və Çingiz Abdullayevin əsərlərinin dünyada məhşur oldugunu və satıldıgını bildirdi .
Sonra Çingiz Abdullayev tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. İstedadlı şair- müəllim Oqtay Zəngilanlı Çingiz müəllimə bədahətən yazdıgı şeiri söylədi. Tədbirdə kitabın alıcılarının fəallığı da müşahidə olunmuşdur.

“www.ictimaixeber.az”

AZƏRKİTABDA İMZA GÜNÜ

 

>