Cahid Bağçı: “Avropanın dəyişən təhlükəsizlik sistemində Azərbaycan və Türkiyə böyük önəmə sahibdir”

0
153

“Avropanın dəyişən təhlükəsizlik sistemində Azərbaycan və Türkiyə böyük önəmə sahibdir”.Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyə Cümhuriyyət bayramı ilə bağlı keçirilən tədbirdə deyib.

“Diplomatik münasibətlərimizin 30-cu ilində tarixi Şuşa Bəyannaməsi hədəfləri istiqamətində çalışmağa davam edirik. Birgə ticarətimiz beş milyard dolların üstündədir. Türkiyə bütün sahələrdə – dövlət və özəl sektorda daima Azərbaycana dəstəkdir”, – deyə səfir əlavə edib.