Bunlar qaraciyəri sıradan çıxarır

0
460

Bunlar qaraciyəri sıradan çıxarır

Həkimlər qaraciyərin sağlamlığına mənfi təsir göstərən və onu sıradan çıxaran vərdişləri açıqlayıb. Həkimlərin sözlərinə görə, orqanın fəaliyyətinə tək spirtli içkilər zərər vurmur.

Mütəxəssislərin araşdırması göstərib ki, şəkər tərkibli qidaların daimi istifadəsi serroza və artıq çəkinin yaranmasına gərib çıxara bilər. A vitamininin həddindən çox qəbulu da qaraciyərin fəaliyyətinə mənfi təsir göstərə bilər.

Hədsiz çox meyvə və şəkərlə zəngin energetik içkilərin qəbulu da orqana zərər yetirir. Statistikaya görə, aşırı dərəcədə energetik içki qəbul edənlər tez-tez qaraciyər piylənməsindən əziyyət çəkir.