Ev Hadisə Bakıda yol polisini yolu keçərkən maşın vurdu

Bakıda yol polisini yolu keçərkən maşın vurdu

0
497

1988-ci il təvəllüdlü Elgün Əliyevin idarə etdiyi “Renault” markalı avtomobil saat 12:45-də Ziya Bünyadov prospektində yolu keçən polis əməkdaşı Ağazadə Rövşən Zahir oğlunu vurub.

Nəticədə xəsarət almış R.Ağazadə Daxili İşlər Nazirliyinin hospitalına çatdırılıb. Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, R.Ağazadə maşınla vurularkən xidmət başında olub. Faktla bağlı araşdırma aparılır.