Bakıda üç xanım özbək qadını DÖYDÜ

0
268

Bakıda Özbəkistan vətəndaşı döyülüb.

hadisə paytaxtın Nizami rayonu, Naxçıvanski küçəsi, 88 ünvanında baş verib.

Orada kirayədə yaşayan Özbəkistan vətəndaşı, 32 yaşlı Gülyaz Kazakovanı üç qadın döyüb. Onu döyən qadınların adlarının Leyla, Yeganə və Fatimə olduğu bildirilir.

Kazakovanın şikayəti əsasında həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.