Azərbaycanlıların yeni xeyirxahlığı – VİDEO

0
542

Azərbaycanlılar daha bir ölkədə xilaskarlıqları ilə gündəmə gəliblər.

Qazaxıstanda baş vermiş hadisənin videosu oxu.az-a göndərilib.

Hadisə şahidlərinin məlumatına görə, balıq ovundan gələn dörd azərbaycanlı yol kənarında yanan maşın görüblər. Avtomobilin qapılarının bağlı olmasına baxmayaraq, onlar maşında olan Rusiya vətəndaşını pəncərədən çıxararaq xilas ediblər.

Bir neçə dəqiqədən sonra isə avtomobil partlayıb.

Xatırladaq ki, bir müddət əvvəl Umud və Sabir Şirinov qardaşları Ukraynada yanan avtomobildən bir ailənin üç üzvünü xilas etmişdilər.

Milli.Az