Avstraliyada evtanaziya bütün ölkə boyu qanuniləşdirildi

Avstraliyada qadağanın qaldığı sonuncu bölgədə də müvafiq qaydalar təsdiqləndikdən sonra, evtanaziya prosesi ölkənin bütün ərazisində leqallaşdırılıb.

Bu barədə ABC telekanalı məlumat yayıb.

Avstraliyanın şimal ərazisi parlamentinin təsdiqlədiyi yeni qanuna əsasən, qarşıdakı 12 ay ərzində ölümlə nəticələnə biləcək sağalmaz xəstəlikdən əziyyət çəkən hər bir şəxs bu prosedurun həyata keçirilməsini tələb etmək hüququna malik olacaq. Bununla yanaşı, tibb işçilərinə xəstələrlə evtanaziya mövzusunu öz təşəbbüsləri əsasında irəli sürmək və müzakirə etmək qadağan ediləcək.

Qeyd edək ki, Şimal ərazisi ştatı hələ 1995-ci ildə ölkədə evtanaziyanı leqallaşdıran ilk region olmuşdu. Lakin həmin qanun iki il sonra federal hökumətin qadağası nəticəsində ləğv edilmişdi.