Amerikalı milyarder və daha 6 nəfər həlak oldu –Helikopter qəzasında

0
464
Baham adalarında ABŞ-a uçan helikopter qəzaya uğrayıb.
Bu barədə “Associated Press” xəbər verib. Bildirilir ki, hadisə zamanı 7 nəfər həlak olub. Baham adaları polisinin nümayəndəsi faktı təsdiqləyib.
Məlumata görə, helikopter Florida ştatının Fort-Loderdeyl şəhərinə uçurmuş. Helikopter səmaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə düşüb. Ölənlərin hamısı ABŞ vətəndaşlarıdır.
“BNO News”un məlumatına görə, həlak olanlar arasında ABŞ milyarderi, kömür maqnatı Kris Klayn da var. O, Baham adalarına 62 yaşını qeyd etmək üçün uçurmuş. Mərhum milyarderin sərvəti 1,8 milyard dollar məbləğində qiymətləndirilir