ABŞ İrana növbəti sarsıdıcı zərbədən imtina etdi

0
538

Tramp administrasiyası İranın neft-kimya sektoruna daha sərt sanksiyaların tətbiqini təxirə salıb.

Bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb. Vaşinqtonun strategiyasını dəyişməsinə əsas səbəbin İranın BƏƏ-dəki tankerlərə hücumu göstərilib:

“İran neft-kimya sektoruna qarşı bir sıra sanksiyalar artıq mövcuddur. Belə ki, bu sanksiyalara görə, İrana ammiak, metanol və karbamid satışı qadağandır. ABŞ Maliyyə Nazirliyi yeni sanksiyaları müxtəlif İran neft-kimya şirkətlərinə qarşı tətbiq etməyi düşünürdü”.