ABŞ Gizli Xidmətinin təhlükəsizlik protokolları ilə bağlı diqqətçəkən fakt üzə çıxıb.
Bu barədə ABŞ Hökumətinin Hesabatlılıq Ofisi (GAO) məlumat yayımlayıb.
Hesabata əsasən, qurum ABŞ prezidentinin və xaricə səfər edən digər yüksək vəzifəli şəxslərin mühafizəsi ilə bağlı protokollarını 1991-ci ildən bəri dəyişməyib.
Konqresin apardığı araşdırma zamanı Gizli Xidmətin təhlükəsizlik hadisələrindən sonra lazımi yeniləmələri həyata keçirmədiyi müəyyənləşib. Qurumun xüsusilə pilotsuz uçuş aparatlarına (PUA) qarşı illər ərzində köhnə üsullardan istifadə etdiyi qeyd olunub.
Hesabatda həmçinin Gizli Xidmətin yeni prosedurların tətbiqindən sonra onları dörd il ərzində nəzərdən keçirməyi nəzərdə tutan siyasətinə də əməl etmədiyi vurğulanıb.



