ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək – ŞOK İDDİA

0
341

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər.

Bu barədə amerikalı analitik Devid Payn “The National Interest” jurnalında dərc olunan məqaləsində qeyd edib.

Nəşrdə ekspert Rusiya Prezidenti Vladimir Putinin NATO-ya üzv ölkələrin Şərqi Avropadakı ərazilərindən xarici qoşunların çıxarılmasını tələb etməsindən sonra hadisələrin inkişafının mümkün ssenarilərindən biri barədə xəbərdarlıq edib. Beləliklə, Payn istisna etmir ki, bu, ABŞ-ı Litva, Latviya və Estoniyanı NATO-dan çıxarmağa məcbur edə bilər.

Ağ Evin Rusiya tərəfinin tələblərini qəbuledilməz adlandırmasına baxmayaraq, çox güman ki, Vaşinqton öz milli maraqlarını güdərək analoji addım atacaq.

Qeyd edək ki, Vladimir Putin və Co Bayden arasında danışıqlar dekabrın 30-da baş tutub və bağlı qapılar arxasında keçirilib. Söhbət zamanı Bayden Rusiya və ABŞ-ın Avropada və dünyada sabitliyin təmin edilməsində xüsusi məsuliyyət daşıdığını vurğulayıb və bildirib ki, Vaşinqton Ukraynada hücum-zərbə silahları yerləşdirmək niyyətində deyil. Bununla belə, Amerika lideri onu da qeyd edib ki, ABŞ Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların tətbiqi variantını nəzərdən keçirir.

Vladimir Putin buna cavab olaraq anti-Rusiya sanksiyalarının ciddi səhv olacağına, əslində Rusiya-Amerika münasibətlərinin tamamilə pozulacağına işarə edib. O, həmçinin NATO-nun şərqə doğru irəliləməsini və Rusiya sərhədlərinə yaxın ərazidə təhdidedici silah sistemlərinin yerləşdirilməsini istisna edən möhkəm hüquqi təminatla nəticələnəcək ABŞ-la birgə işin vacibliyini vurğulayıb.