Bakı sakininin evi uçmaq üzrədir: “İcra hakimiyyəti tədbir görmür” – FOTO

0
326

Bakı şəhər sakini çətin şəraitdə yaşayır. 

Kənan Abasov bildirib ki, yaşadığı ev uçma təhlükəsindədir.

“Sabunçu rayon, Maştağa qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 41 ünvanında yaşayıram. Atam vəfat edib, anam da şəkər xəstəsidir. Yaşadığımız ev təhlükəli vəziyyətdədir. Maddi imkanımızın olmaması səbəbindən evi təmir edə bilmirik.

Bu barədə dəfələrlə Bakı Şəhər və Sabunçu Rayon İcra Hakimiyyətlərinə müraciət etsək də, heç bir tədbir görülmür”.