Meydandan çıxarılan Messi medaldan da imtina etdi

0
552
epa07669187 Argentina's Lionel Messi before the Copa America 2019 Group B soccer match between Qatar and Argentina, at Arena do Gremio Stadium in Porto Alegre, Brazil, 23 June 2019. EPA-EFE/Sebastiao Moreira

Futbol üzrə Argentina yığmasının kapitanı Lionel Messi Amerika Kuboku-2019-un bürünc medalını almaqdan imtina edib.

Messi jurnalistlərlə söhbətində belə bir addımı hakimlərə etiraz əlaməti olaraq atdığını bildirib.

Xatırladaq ki, şənbə günü Argentina millisi Amerika Kubokunda üçüncü yer uğrunda oyunda Çili kollektivinə qalib gəlib.Belə ki, qarşılaşma 2:1 hesabı ilə başa çatıb. Oyunun 37-ci dəqiqəsində Lionel Messi və Qari Medel baş hakim tərəfindən meydandan qovulub. Buna səbəb onların arasında baş verən dava olub.

“Medel həmişə həddini aşır. Lakin biz xəbərdarlıq almağa layiq idik. Görünür, daha əvvəl dediklərim özünü göstərib, ona görə də məni uzaqlaşdırdılar. Mən bütün turnir boyu qarşılaşdığımız bu korrupsiya və hörmətsizliyin bir hissəsi olmaq istəmədiyim üçün medalın dalınca getmədim. Biz daha çoxuna layiq idik, lakin bizə finalda oynamağa imkan vermədilər. Korrupsiya və hakimlər insanlara futboldan həzz almağa imkan vermirlər”, – deyə Messi bildirib.

Argentina yığması beşinci dəfədir ki, Amerika Kubokunun bürünc mükafatını qazanır. Turnirin iyulun 7-də keçiriləcək finalında isə Braziliya və Peru yığmaları qarşılaşacaqlar.