Hacı İbrahim 570 milyon kreditini bağladı – Bu üsulla

0
519

Mən “Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu “Aqrarkredit” qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu “Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər.

Bu sözləri Unikal.org-a açıqlamasında Avesta Konserni MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) bildirib.

H.İbrahim “Xəzər adaları” layihəsinə dövlət tərəfindən qoyulan qiyməti də açıqlayıb:

“Mənim Azərbaycan Beynəlxalq Bankına olan borcum buna görə bağlandı. Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tutulmadığı üçün əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəmişəm”.