Səhiyyə Nazirliyi 2018-ci ildə 19 saxta diplom aşkarlayıb.
Bu barədə Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorundan bildirilib.
Nazirlik tərəfindən 2019-cu ilin ilk 3 ayı ərzində isə 4 saxta diplom aşkar edilib.
Aşkarlanmış saxta diplomlarla bağlı Baş Prokurorluğa müraciət olunub.