Həmid Cəfərovun ürək sözləri

0
467

Yeddinci Beynəlxalq Bakı kitab sərgisində Dünya Azərbaycanlıların Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzi və hər iki təşkilatın təsisçisi olduğu İctimai Nəzarət Koallisiyasının proqramında İctimai Nəzarət Koalliasiyasının təsisçisi Həmid Cəfərovun əbədi lider qızıl döş nişanı ilə təltifi dönəmində Həmid Cəfərovun iştirak edə bilməməsi ilə əlaqədar onun ürək sözlərini sizlərin nəzərinə çatdırırıq.
“Əziz həmvətənlər, əziz xalqım, mən uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə çalışaraq, onun müsəlləh əsgəri olaraq Daxili İşlər Nazirliyi orqanında rəhbər vəzifələrdə çalışmışam. O, cümlədən partiya sahəsində aparıcı ikinci şəxs olmuşam Daxili İşlər Nazirliyində və Heydər Əliyevin birbaşa sərəncamı ilə Dahi Hüseyn Cavidin nəşinin Sibirdən gətirmə komissiyasının sədri təyin olunaraq, İctimai Nəzarət Koallisiyasının qurucularından olan keçmiş Naxçıvan Dövlət Daxili İşlər Nazirliyinin müavini Telman Əliyevin və digərlərinin iştirakı ilə ölkəmizin nüfuzlu şəxsləri ilə 1 oktyabr 2015-ci ildə İctimai Nəzarət Koallisiyasını təsis etmişik. Və onun qurucularından biri olaraq, bu gün həmin dönəmdə əfsuslar olsun ki, səhhətimlə bağlı iştirak edə bilmirəm. Ancaq ürəyim sizinlədir. Xüsusilə şəhid analarının əllərindən öpərək, qarşılarında baş əyirəm. Təşkilatımızın Prezidenti dünyada və Azərbaycanın nümunəvi bir vətəndaş və şəxsiyyət kimi biri təqdim edən Çingiz Abdullayevə öz növbəmdə böyük təşəkkürlərimi bildirirəm. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Mədəniyyət Nazirliyinin rəhbəri şəxsən Anar Kərimova öz təşəkkürümü bildirirəm. Bakı “Ekspo” Mərkəzinin rəhbəriliyinə bizə bu şəraiti yaratdığına görə öz təşəkkürümü bildirirəm. Və demək istəyirəm ki, İctimai Nəzarət Koallisiyası Heydər Əliyevin layiqli davamçısı cənab Prezident İlham Əliyevin çağırışı ilə yaradılıb. Əlbəttə ki, Dahi Heydər Əliyev 93 -cü ildə Azərbaycan xalqına çağrış edərkən, heç bir Sərəncam imzalamadı. Bir kəlmə işarəsi ilə milyonlarla insanı Prezident Administrasiyası qarşısına yığdı. Və uzun illər keçdi. Müasir dövrün tələblərinə uyğun olaraq cənab Prezident Azərbaycan xalqına, ziyalılarına, Azərbaycan ictimaiyətinə bir mesaj verdi. Və bu mesajdan sonra dərhal Ulu Öndər sevənlər, ziyalılar toplaşaraq Rasim Məmmədovun başçılığı ilə cənab Prezidentin çağırışını reallaşdıraraq “niyyət” protokolu imzaladı.
Bu gün mən fəxr edirəm ki, bu təşkilat beynəlxalq sərgilərdə və nümunəvi tədbirlərdə möhtəşəm iştirakı ilə Azərbaycan xalqına və dünya azərbaycanlılarına öz mesajını verir. Ona görə də bu təşkilatın ideya müəlifi müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevə və onun birinci xanımı və birinci vitse Prezidentimiz Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü bildiririəm ki, bu gün Heydər Əliyev Fondu Mədəniyyət Nazirliyi, Türkiyə Cümuhiriyətinin Mədəniyyət Nazirliyi, Turizim vakanlığı, İran İslam Respublikasının və digər dövlətlərin Mədəniyyət nazirliyi ilə bir sırada bir cərgə də Dünya azərbaycanlıları Mədəniyyət mərkəzinin və onun təsis etdiyi İctimai Nəzarət Koallisiyasının, eləcə də “Sabitlik və İnkişaf Mərkəzi”nin möhtəşəm xüsusiyyətlərini görərkən, seyr edərkən qürur duyaraq, hər birinizi bağrıma basıram, öz sevgi və salamlarımı çatdırıram.
Təssüflər olsun ki, gələn tədbirlərdə mən o, mükafatı böyük Allahımdan öz əllərimlə almağı arzulayıram. Bu müqəddəs yolda sizlərə uğurlar arzulayıram. Hər bir şəxsi İctimai Nəzarət Koallasiyasına doğma yanaşaraq, ona dəstək olmağa çağırıram.
Hörmətlə: Sizin Həmid Cəfərov, istefada olan Polis Polkovniki.”