Altı həftə ərzində doqquz kilo arıqladı – Həkim SİRRİ AÇDI

0
365

Avstraliyalı həkim altı həftə ərzində doqquz kiloqram arıqlayıb və bunun sirrini paylaşıb.

40 yaşlı Filipp Vutt çəkisi 101.1 kiloqrama çatdıqdan sonra özünü ələ almaq qərarına gəlib. Qida rasionunu dəyişdirən və idmanla məşğul olan Vutt ay yarım ərzində nəinki çəkisini 91 kq-a düşürüb, həm də orqanizmdə piy miqdarını 2,4 faiz azaltmağa nail olub.

Onun sözlərinə görə, arıqlamağın ən vacib elementi pəhriz olub.

“Gündə 1500 kalori istehlak etməyə başladım”, – deyə bildirən avstraliyalı dietoloqların onun üçün hazırladığı qidalanma proqramına riayət etməyə başladığını vurğulayıb. Onun rasionuna paxla ilə yumurta, tərəvəzli qızıl balıq, balqabaq və feta pendir ilə qızardılmış toyuq, lobya ilə donuz əti və gül kələm ilə düyü daxil edilib.

Vut arıqlamaq üçün gün ərzində xərclənəndən daha az kalori qəbul etməyin zəruriliyini qeyd edib.

O, pəhrizdəki zülalın yüksək faizini uğurlu arıqlamağın başqa bir sirri hesab edib. Həkimin sözlərinə görə, zülallı qida bədəni uzun müddət tox saxlayır, iştahı azaldır, maddələr mübadiləsini sürətləndirir və bədən quruluşunun saxlanılmasına kömək edir.