Sentyabrın 15-dən neçə şagird koronavirusa yoluxub? – AÇIQLAMA

0
291

“Bu ilin yanvar ayının 1-də virusa yoluxmuş şagirdlərin sayı 20 nəfər, işçi heyətin sayı 5 nəfər olub”.

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

O deyib ki, ötən ilin sentyabrın 15-dən bu günə qədər virusa yoluxmuş şagirdlərin sayı 14 758 nəfər, işçilərin sayı 7 090 nəfər olub:

“l-IV siniflərdə təhsil alanlardan 2 246 şagird koronavirusa yoluxub. Bu, ümumi virusa yoluxmuş şagirdlərin 15 faizidir. V-IX siniflər arasında 4 411 şagird, X-XI siniflərdə 7 525 şagird virusa yoluxub.

Bakı, Sumqayıt, Abşeronda 226 məktəbdə “Məktəblinin dostu” layihəsinə 400 əməkdaş cəlb etmişik. 400 mindən çox şagird bu layihəyə cəlb olunub”.