Aİ-də yüksəkvəzifəli məmurların istefa dalğası başlayır

Brüsseldə Avropa İttifaqının (Aİ) istefa verməyə hazırlaşan yüksəkvəzifəli məmurlarının siyahısı yayılır.

Bu barədə “Politico” nəşri məlumat verib.

“Siyahıya genişlənmə və şərq qonşuluğundan məsul olan Gert Yan Kopman, Avropa Komissiyası baş katibinin müavini və baş əməliyyat direktoru Paskal Leardini, eləcə də daxili bazar və sənayedən məsul olan Kerstin Yorna daxildir”, – deyə məlumatda bildirilib.

Bundan əlavə, siyahıda həmçinin səhiyyədə fövqəladə hallara hazırlıq məsələlərinə nəzarət edən Florika Fink-Hoyer, birləşmiş tədqiqat mərkəzinin rəhbəri Bernard Maqenhann və regional və şəhər siyasətindən məsul olan Temis Xristofid də var.

Nəşr qeyd edir ki, sənədin sızdırılması Brüsseldə boş qalan yerlərin kimin dolduracağına dair dedi-qodu dalğasına səbəb olub. Siyahıya olan böyük diqqət onunla izah olunur ki, Avropa Komissiyasında yüksək rəhbər vəzifələrdə hazırda boş yer yoxdur.

Ursula fon der Lyayenin Avropa Komissiyasına rəhbərlik etməyə başladığı andan etibarən orada yalnız bir böyük kadr dəyişikliyi baş verib və mümkün istefa dalğası kadr dəyişikliklərinə səbəb ola bilər.