Vaksinasiya olunacaq müəllimlərin siyahısı hazırlandı – RƏSMİ

0
357

“50 yaşdan yuxarı müəllimlərin könüllü vaksinasiyasının pandemiya ilə mübarizədə həyatımızı asanlaşdıracağını düşünürəm”.

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi vaksinasiya olunacaq müəllimlərin siyahısını hazırlayıb:

“Bakı şəhəri üzrə 16 698, bölgələr üzrə 32 600-dən çox müəllimin vaksinasiyası gözlənilir”.