Kommersiya banklarının xarici aktivlərinin həcmi azalıb

0
389

Sentyabr ayında kommersiya banklarının xalis xarici aktivlərinin həcmi 3 milyard 591,8 milyon manat təşkil edib.

Bu ötən ilin eyni dövrünə nisbətən 1 milyard 528,6 manat az olub.

Həmçinin, kommersiya banklarının qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan hesablanmış manatla depozitlərinin həcmi 8 milyard 555,3 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 929,7 milyon manat çox olub.

Eyni zamanda, xarici valyutada depozitlərin həcmi 8 milyard 355,4 milyon manat təşkil edib ki, bu isə ötən ilə nisbətən 1 milyard 977,4 milyon manat az olub.