Azərbaycanda üzümçülükdə məhsuldarlıq xeyli yüksək olub

0
351

Üzüm üzrə orta məhsuldarlıq 92,8 sentnerdən 104,8 sentnerə yüksəlib. Hazırda bağlarda məhsul yığımı davam edir və orta məhsuldarlıq ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli yüksəkdir. Aqrar Tətqiqatlar Mərkəzinin məlumatına əsasən, ilin əvvəlindən bu günə qədər 14521,8 hektar bar verən üzüm sahəsindən 27,5 min ton məhsul yığılıb. Respublika üzrə 16,1 min hektar üzüm sahəsi mövcuddur. Üzüm əkinlərinin 10580,6 hektarı süfrə, 5506,3 hektarı texniki sort şərab üzümləridir.

Mərkəzin məlumatına görə, pandemiya ilə əlaqədar həm Azərbaycanda, həm də xarici dövlətlərdə şərab məhsullarına tələbat azalıb, bu səbəbdən şərab istehsalı müəssisələrinin anbarlarında ehtiyatların yarandığı qeyd edilib.

Növbəti dövrdə şərabçılığın inkişafı üçün milli normative texniki sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, aqroekoturizm layihələri çərçivəsində şərab turizminin inkişaf etdirilməsi, qurudulmuş üzüm istehsalı məqsədilə emal müəssisələrinin qurulması üzrə təkliflər irəli sürülüb.