Təhsil naziri: “Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq” – VİDEO

0
693

“Təhsil hər bir mənada gələcəyi müəyyən edən amildir. Bu gün təhsildə etdiyimiz işlərin nəticəsini 30 il sonra görürük, hiss edirik, başa düşürük.”

Bu sözləri Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, təhsil uzun müddətə ləng dəyişən, lakin dəyişikliklərə dayanıqlı olan sahədir:

“Biz şagirdləri keçmişi düşünüb hazırlamamalıyıq. Bir çox halda biz təhsil haqqında danışanda “mən məktəbə gedəndə belə deyildi” ifadəsini işlədirik. Keçmişə baxıb müqayisə edirik. Amma əslində isə bu uşaqlar böyüyüb 30 yaşa çatdıqda əmək bazarının necə olacağını düşünməliyik. Gələcəyin necə olacağını indidən bilmək çətindir. Amma bununla belə bəzi şeylər məlumdur. Daha çevik, daha yaradıcı, dəyişikliklərə tez uyğunlaşan, o cümlədən milli-mənəvi dəyərlərini itirməyən, vətənini sevən vətəndaşları olan ölkələr öndə olacaq”.