Ruhani: “Trampın “İncil”ə əl uzatması utancvericidir”

0
386

Küçələrdə nümayişlər keçirərək, etirazlarını bildirən ABŞ xalqının hisslərini bölüşürük”.

“HaberGlobal”ın məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“ABŞ-da Ağ Evin düşüncələrini rədd edən qaradərililərə və xalqa böyük zülm edildiyini görürük”, – deyə H.Ruhani bildirib.

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə etirazçıları təhdid etdikdən sonra əlində “İncil”lə kilsəyə getməsini xatırladan H.Ruhani qeyd edib:

“ABŞ prezidentinin ölkə vətəndaşlarına qarşı törədilən cinayətlərdən sonra “İncil”ə əl uzatması utancvericidir”.