DYP-nin aprelin 13-dək yazdığı cərimələr qanunsuzdur – VİDEO

0
345

Karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr ilə bağlı mübahisələr böyüyür.

Bir neçə gün əvvəl yüzdən artıq vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünaslar və ekspertlər Baş nazir Əli Əsədova müraciət edərək, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13 aprel 2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlbetmə səlahiyyətinin olmadığını, bu səbəbdən həmin tarixə qədər yazılan cərimələrin ləğv olunmasının zəruri olduğunu bildiriblər.

Müraciətdə qeyd olunub ki, aprelin 13-nə qədər DYP əməkdaşları tərəfindən respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında 18 mindən çox hərəkət iştirakçısı cərimələnib.

Daha ətraflı məlumat almaq üçün süjeti izləyin: