Ağlasığmaz oğurluq: Meymunlar laboratoriyadan koronavirusa yoluxanların analizlərini apardılar – VİDEO

0
491

Hindistanda ağlasığmaz hadisə baş verib. Meymunlar tibbi kollec laboratoriyasına daxil olaraq əməkdaşlardan birinə hücum ediblər.

Meymunların laboratoriyadan koronavirusa yoluxan üç nəfərə məxsus qan analizlərini oğurladıqları bildirilir.

Onlar bundan sonra qaçaraq gizləniblər.

Meymunların birini ağacın başında əlində qan nümunəsi ilə görüblər.

Kollec əməkdaşları bu hadisənin regionda koronavirusun geniş yayılmağa səbəb olacağından qorxurlar. Heyvanların əvvəllər də problemlər ortaya çıxardığı bildirilib, amma indiyədək belə ciddi hadisə qeydə alınmayıb.