Rusiya bu şəxslərin ölkəyə girişinə icazə verdi

0
441

Rusiya xarici ölkə vətəndaşları olan idmançı və məşqçilərin ölkəyə girişinə icazə verib.

Bununla bağlı Rusiya Nazirlər Kabineti məlumat yayıb.

“İcazə Rusiyanın idman təşkilatları ilə əmək müqaviləsi olan şəxslərə aid edilir. Bütün xaricdən gələnlər kimi, idmançılar da həkim nəzarəti altında olacaqlar. Eləcə də 14 günlük karantin müddətini keçəcəklər”, – qərarda bildirilib.