Alimlər koronavirus peyvəndini öz bədənlərində sınayıblar – İDDİA

0
398

Rusiyadakı N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru Aleksandr Gintsburq güman edir ki, bəzi rusiyalı alimlər artıq koronavirus peyvəndini öz bədənlərinə yeridərək, sınaqdan keçiriblər.

Mütəxəssisin sözlərinə görə, tədqiqatçılar tez-tez belə təxribatçı üsula əl atırlar:

Onlar hazırladıqları preparatları ilk olaraq öz bədənlərinə yeridirlər. Ola bilsin ki, yaxın qohumlarını da bu işə cəlb edirlər və ixtiralarının effektivliyinə arxayın olmaq istəyirlər. Bununla belə, preparatların rəsmiləşdirilməsi və kütləvi istehsalı üçün belə təcrübələrin heç bir əhəmiyyəti yoxdur”.

A.Gintsburq əlavə edib ki, peyvəndin prototipini öz üzərində sınaqdan keçirmək həvəsi çox böyük olur, lakin bu üsula əl atan alimlər əksər hallarda həmin hərəkətlərini açıqlamaqdan çəkinirlər.

Alim son olaraq bildirib ki, böyük ehtimalla, koronavirus əleyhinə peyvənd Rusiyada yayın sonlarına yaxın rəsmi qeydiyyatdan keçiriləcək.