May ayının sonuna qədər ABŞ-da koronavirusdan ölənlərin sayı 100 mini keçəcək.
Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) direktoru Robert Redfild yazıb.
Direktor bildirib ki, mərkəz ölkədəki COVİD-19 pandemiyasının təqibi və gedişatı ilə bağlı 12 modeli izləyir: “11 may etibarilə bütün modellərin nəticələrinə görə, gələn həftələrdə ölümlər artacaq və ümumi ölüm sayı 1 iyuna qədər 100 mini keçəcək”.
Ağ Evin də istinad etdiyi “HealthData” saytının layihələrinə görə, ölkədə 4 avqusta qədər 147 mindən çox insan dünyasını dəyişəcək.
Son rəqəmlərə görə, ABŞ-da 1 milyon 459 mindən çox insan koronavirusa yoluxub, 87 mindən çox insan ölüb.