Almaniya Kubokunun finalı iyulun 4-ü keçiriləcək

0
310

 

Almaniya Futbol İttifaqı Almaniya Kubokunun 2019/20 mövsümünün koronavirus pandemiyası səbəbiylə təxirə salınan oyunlarının keçiriləcəyi tarixləri açıqlayıb.

Almaniya Kubokunun yarımfinal mərhələləri iyunun 9-u və 10-u, final mərhələsi isə iyulun 4-ü keçiriləcək.

Qeyd edək ki, yarımfinal mərhələlərində “Bavariya” – “Ayntraxt” və “Saarbrüken” – “Bayer” oyunları baş tutacaq.