Dubayın hökmdarı “Ganjlik Mall”da

0
672

Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum Bakıda görüntülənib.

Rəşid əl-Məktum ətrafındakı yaxınları ilə “Ganjlik Mall”da alış-veriş edib.

Bakıda səfərdə olan əl-Məktum və yaxınları rayonlarda ov etməyi də xoşlayır. Şeyx bir müddət öncə də Azərbaycana səfər etmiş, rayonlardan birində yaxınları ilə ov etmişdi.

Qeyd edək ki, Məhəmməd ibn Rəşid əl-Məktumun 39 milyard dolları, 21 övladı, rəsmi nikahda 2 həyat yoldaşı, nadir cins atları, ən nəhayət, dünyanın ən gözəl şəhəri var. Böyük qardaşından təhvil aldığı hakimiyyəti idarə edir. Qonşu krallıqlarla qohum olmaqla dayaqlarını daha da möhkəmləndirir. “Forbes” onu dünyanın güclü monarxlarından sayır.Milli.az