“Koronavirus elə yaxşı gəldi bu məmurlar üçün” – Rəşid Mahmudov

0
431

Koronavirus elə yaxşı gəldi bu məmurlar üçün. Allah bizə yeri kürəsini verib dedi ki, gedin şəraitinizi qurun yaşayın. Amma insanlar atom bombası və müxtəlif silahlar düzəldib bir-birilərini qırmağa başladılar”.

Bunu açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. O, bir ziyalı kimi insanlara yardım etmək üçün qrup yaratdığını bildirib:

“Mən bir ağsaqqal kimi qrup yaratmışam və onun 48 nəfər üzvü var. Burda məqsədimiz aztəminatlı Gədəbəy sakinlərinə dəstək olmaqdır. Rusiyada yaşayan soydaşlarımızdan bir çoxu bir çağırışıma səs verib kömək etdilər. Hər bir ailəyə 81 manatlıq ərzaq yardımı verdik. İndiyə kimi 250 aztəminatlı ailəyə bu yardımı çatdırmışıq və hələ də davam edirik. Bu cür oğullarımızın hər birinə təşəkkürümü bildirirəm”.

R.Mahmudov kasıbların ərzağını mənimsəyən məmurları da sərt tənqid edib:

“Koronavirus elə yaxşı gəldi bu məmurlar üçün. Allah bizə yeri kürəsini verib dedi ki, gedin şəraitinizi qurun yaşayın. Amma insanlar atom bombası və müxtəlif silahlar düzəldib bir-birilərini qırmağa başladılar. Belə adamlar Allahlarını tanımırlar. Koronavirus Allahı tanımaq üçün bu adamlara göndərilib. Müsəlman olasan və kasıbların haqqını yeyəsən, bu biabırçılıqdır. Belə icra nümayəndələrinə ən ağır cəza verilməlidir ki, başqlarına da dərs olsun. Bunlar bəşəriyyətin bizim üçün göndərdiyi bu boyda bəladan nəticə çıxarmaq əvəzinə, fürsətdən istifadə edib “xaltura” edirlər”.

Qeyd edək ki, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsədiyi və vətəndaşlardan rüşvət aldığı üçün Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq tərəfindən təxirəlasınmaz əməliyyat zamanı həbs edilib.