VÖEN-lə işləyənlər arayışı necə almalıdır – VİDEO

0
490

Dünəndən Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılıb. Artıq bir sıra iş və xidmət sahələrində fəaliyyət bərpa olunub.

Həmin sahələrdə çalışanları sevindirsə də, qadağanın götürülməsi başqa problemə yol açıb. Problem isə sahibkarların icazə prosesində çətinlik çəkməsidir. Söhbət müxtəlif biznes və xidmət sahələrində VÖEN-lə çalışan şəxslərdən gedir.

Məsələ burasındadır ki, ötən gündən fəaliyyətinə icazə verilən əksər sahələrdə qeyri-rəsmi əmək münasibətləri mövcuddur. Fərdi fəaliyyət göstərənlərin çoxu vergi ödəyicisi kimi uçota düşməyib və ya “ASAN imza” almayıb.

Belə olan halda isə onların cərimələnməsi qaçılmazdır. Bəs arayış necə alınmalıdır?

Vergilər Nazirliyindən bildirilib ki, karantin vəziyyətinin davam etməsinə baxmayaraq, fiziki şəxslərin vergi ödəyicisi kimi uçota düşməsində, VÖEN-ə sahib olmasında heç bir problem yoxdur. Hər bir fərdi sahibkar VÖEN almaq üçün vergi orqanına getmədən e-taxes.gov.az vasitəsi ilə qeydiyyata düşə bilər. “ASAN Xidmət” mərkəzlərinə getməklə VÖEN açdırmaq, ASAN imza almaq mümkündür.