Nazirlər Kabinetində baş məsləhətçi vətəndaşlarla kobud davrandığı üçün vəzifəsindən çıxarıldı

0
332

Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin regionlarla iş sektorunun baş məsləhətçisi Rəşad Rüstəmov vəzifəsindən azad edilib, onun dövlət qulluğuna xitam verilib.

Bununla bağlı Nazirlər Kabineti sərəncam verib.

R.Rüstəmovun vəzifəsindən çıxarılmasına səbəb onun ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimində vətəndaşların rəsmi orqanlara və dövlət qulluqçularına etimadının yüksəldilməsi prinsiplərinə zidd hərəkət etməsidir.

Nazirlər Kabinetinin məlumatında bildirilir ki, R.Rüstəmov vətəndaşlarla ünsiyyət zamanı mədəni davranış və peşəkarlıq tələblərini pozub.