Azərbaycana gələ bilməyən Rəcəbov, Məmmədova və Əliyeva İndoneziyada çempion elan edildi

0
555

Azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdırdığı “Pertamina Energi” (Cakarta) voleybol klubunun İndoneziya çempionu olması rəsmiləşib.

Bu barədə İndoneziya Voleybol Federasiyası qərar verib.

Onlar müntəzəm çempionatın qalibi olan Cakarta klubunu koronavirus pandemiyası səbəbindən pley-off mərhələsində yarımçıq dayandırılan 2019/20 mövsümünün də ən güclüsü elan edib. Nəticədə CEV kubokunun üçüncüsü olmuş Ziya Rəcəbov, həmçinin Azərbaycan millisinin unudulmaz simaları – Natalya Məmmədova və Odina Əliyeva vətənə İndoneziya çempionu kimi qayıdacaqlar.

Əliyeva birinci olmaqla yanaşı, üç nominasiyada da fərqləndirilib. 30 yaşlı voleybolçu I mərhələnin bombardiri, çempionatın ən yaxşı hücumçusu və ən dəyərli oyunçusu seçilib.

Qeyd edək ki, sərhədlər pandemiya səbəbindən bağlı olduğundan Ziya Rəcəbov, Natalya Məmmədova və Odina Əliyeva hələlik İndoneziyadadır.