Nazirlik məktəblilərin yay tətilinin ləğvi məsələsinə aydınlıq gətirdi

0
430

“Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”.
“Report” xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Nazirlik rəsmisi qeyd edib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: “Hər şey vəziyyətin gedişatından asılıdır”.
Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək.